Modern.az

Həkimlə mübahisə etdi, poliklinikanı yandırmaq istədi

Həkimlə mübahisə etdi, poliklinikanı yandırmaq istədi

Hadisə

8 İyul 2026, 00:02

Gəncədə poliklinikaların birində insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa cəhd göstərib.

Modern.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iyulun 7-də, saat 12 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş nevroloqla mübahisə edib.

Mübahisədən sonra o, üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək şöbədə yanğın törətməyə cəhd göstərib. Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!