Modern.az

“Sabah” Çempionlar Liqasında TNS-ə qalib gəldi

“Sabah” Çempionlar Liqasında TNS-ə qalib gəldi

İdman

7 İyul 2026, 22:08

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Modern.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Kahim Parris vurublar.

"Sabah"ın heyətində 90+2-ci dəqiqədə Stiv Solvet meydandan qovulub.

Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.

(AZƏRTAC)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi