Modern.az

Hörmüzdə neft tankeri vuruldu

Hörmüzdə neft tankeri vuruldu

Dünya

8 İyul 2026, 00:25

Qətər Hörmüz boğazı yaxınlığında “Ər-Rukeyyat” adlı neft tankerinin vurulduğunu açıqlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bunu beynəlxalq dəniz naviqasiyasına və qlobal enerji təhlükəsizliyinə qarşı qəbuledilməz hücum adlandırıb.

Məlumata görə, o, hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edərək, Tehrandan bölgənin təhlükəsizliyini təhdid edən addımları dayandırmağı tələb edib.

İran televiziyası isə İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına əməl etmədiyinə görə Qətərə məxsus neft tankerini vurduğunu açıqlayıb.

İran tərəfinin iddiasına görə, tanker ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu ilə hərəkət etməyə çalışırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir