Arxiv
20 Fevral 2020, 17:30 | TƏHSİL
Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI

Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a verilən birgə məlumata görə, bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib:

 

“Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılmış, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

 

İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub”.

 

Qeyd olunub ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir:

 

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb 5 Aprel 2020, 11:04 Post-pandemiya dövründə yeni iqtisadi artım modeli necə tətbiq ediləcək? 5 Aprel 2020, 10:56 İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü 5 Aprel 2020, 10:44 Bakıda çoxmərtəbəli yaşayış binası yanır 5 Aprel 2020, 10:40 Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi  5 Aprel 2020, 10:35 Ermənistan Qazaxın kəndlərini atəşə tutub 5 Aprel 2020, 10:25 Rektor müəllim və tələbələrə müracitə etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23