Modern.az

Azərbaycanın Türkiyədəki səfirliyində yeni təhsil müşaviri - TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində yeni təhsil müşaviri - TƏYİNAT

Təhsil

Bu gün, 12:14

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə yeni təhsil məsələləri üzrə müşavir təyin olunub.

Modern.az xəbər verir ki, bu vəzifəyə Müjdat Həsənov təyinat alıb.

M.Həsənov indiyədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

Müjdat Həsənov əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayıb, orada müxtəlif məsul vəzifələrdə çalışıb. 

Azərbaycanın Türkiyədəki səfirliyinin keçmiş təhsil müşaviri Nəcibə Nəsibova bu ilin mayında tutduğu vəzifədən azad edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada