Modern.az

Başqasının yerinə imtahan verməyə gəldi - DİM-dən AÇIQLAMA

Başqasının yerinə imtahan verməyə gəldi - DİM-dən AÇIQLAMA

Təhsil

Bu gün, 16:03

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qabiliyyət imtahanında başqasının yerinə imtahana daxil olmağa cəhd edən şəxs aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə idman istiqamətinə aid qabiliyyət imtahanı zamanı bir nəfər başqa bir abituriyentin yerinə imtahan verməyə cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilib və o, imtahana buraxılmayıb.

DİM qeyd edib ki, belə hallarda həm imtahanda iştirak etməli olan abituriyent, həm də onun yerinə imtahana girməyə cəhd edən şəxs məsuliyyət daşıyır. Abituriyentin bütün imtahan nəticələri ləğv olunur və o, müsabiqədən kənarlaşdırılır. Başqasının yerinə imtahana girmək istəyən şəxsin isə hüquqi məsuliyyəti yaranır.

Mərkəz bildirib ki, bəzi hallarda bu cür qayda pozuntusuna yol verən şəxslər ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olur və nəticədə onlar universitetdən xaric edilə bilərlər.

Qeyd olunub ki, əvvəlki illərdə də analoji faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülüb, məhkəmələr müvafiq qərarlar qəbul edib.

DİM imtahan iştirakçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağıraraq, bu cür qayda pozuntularına qarşı ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada