Modern.az

Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı komissiyalar yaradıldı

Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı komissiyalar yaradıldı

Təhsil

Bu gün, 11:27

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada