Modern.az

Koronavirusun tuğyan etdiyi Çindən Azərbaycana işləməyə gələnlər... - STATİSTİKA

Koronavirusun tuğyan etdiyi Çindən Azərbaycana işləməyə gələnlər... - STATİSTİKA

Ölkə

21 Fevral 2020, 10:58

Bir neçə gün əvvəl çinli turistlərin koronovirus təhlükəsindən dolayı Rusiyaya girişi qadağan olundu. Maraqlıdır, eyni hal Azərbaycanda da tətbiq edilə bilərmi? Ümumiyyətlə, son bir ay ərzində ölkəyə neçə nəfər Çin vətəndaşı gəlib?

 

Dövlət Miqrasiya Xidmətindən Modern.az-a bildirilib ki, yanvar ayı ərzində ölkədə 105 Çin vətəndaşının qeydiyyatı baş tutub:

“Bu gün ölkəmizə dünyanın bütün qitələrindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təşrif buyurur. Onlar əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır. Bununla yanaşı Çin Xalq Respublikası vətəndaşları da ölkəmizə gəlir. 2020-ci ilin yanvar ayı ərzində 105 Çin Xalq Respublikası vətəndaşı olduğu yer üzrə qeydiyyata alınıb. Həmçinin cari ilin müvafiq dövründə 30 Çin Xalq Respublikasının vətəndaşına  müvəqqəti yaşamaq üçün icazə verilib”.

 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev laborator müayinənin nəticələri məlum olduqdan sonra çinlillərin ölkəyə buraxılmasının daha uyğun olduğunu bildirib:

“Çinli vətəndaşların ölkəyə gəlişinə birdəfəlik qadağa qoymaq yox, başqa metodları tətbiq etmək olar. Məsələn, onlar Azərbaycana gəldikləri zaman laborotar müayinədən keçirilə və nəticələr məlum olduqdan sonra şəhərə daxil olmalarına icazə verilə bilər. Belə amma, mütəxəssislər arasında hələ ki, bu istiqamətdə danışıqlar getmir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır