Arxiv
21 Fevral 2020, 12:06 | ÖLKƏ
 “Ölüf-ölüf derəm saa...” ifadələri ilə məşhurlaşan Qazax sakini Modern.az-a DANIŞDI

“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.

 

Bu sözləri Modern.az-a sosial şəbəkələrdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilər günü “Ölüf-ölüf derəm saa... qavır daşı da var...” ifadələri ilə məşhurlaşan Qazax rayon sakini Xanlar Lalayev deyib. O qeyd edib ki, evinə özünün, 7 il əvvəl boşandığı həyat yoldaşının, qardaşının və onun da 3 il əvvəl ayrıldığı keçmiş həyat yoldaşının adına çağırış vərəqəsi göndərilib:

 

“Qardaşım 20 ildir, Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?”

  

Qazax sakini əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:

 

“Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar.

Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama durduq yerə niyə ölüb deyim?  O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb”.

 

Daş Salahlı kənd sakinləri də Modern.az-a vəfat etmiş Gülnar Əliyevanın kənd qəbiristanlığında dəfn olunduğunu bildiriblər.

 

Qeyd edək ki, sözügedən video 107 saylı seçki dairəsinin Qazax şəhəri N.Nərimanov qəsəbəsi 5 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində qeydə alınıb.

 

Xatırladaq ki, ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında sözügedən video müzakirə olunub. Komissiya üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O qeyd edib ki, biz bir neçə mənbədən həmin qadının həyatda olduğu dəqiqləşdirilib.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda maarifləndirmə və dezinfeksiya tədbirləri davam edir - FOTO 28 mart 2020, 18:05 Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı -VİDEO 28 mart 2020, 17:57 Polis postlarından hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHI 28 mart 2020, 17:50 Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı   28 mart 2020, 17:43 AŞPA məruzəçilərinin açıqlaması ilə əlaqədar məktub göndərildi 28 mart 2020, 17:36 Rusiya koronavirusa qarşı dərman hazırladığını elan etdi 28 mart 2020, 17:30 “Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO 28 mart 2020, 17:24 DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT 28 mart 2020, 17:18 Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar 28 mart 2020, 17:11 Birinci sinfə elektron qeydiyyata yenidən start verilir 28 mart 2020, 17:04 “AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub” - Əli Hüseynli 28 mart 2020, 16:56 Ağcabədidə yük avtomobili yandı 28 mart 2020, 16:49 Təhsil Nazirliyi vətəndaş qəbulunu dayandırdı 28 mart 2020, 16:42 Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO 28 mart 2020, 16:35 AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir - FOTO 28 mart 2020, 16:28 YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər - VİDEO 28 mart 2020, 16:22 Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir 28 mart 2020, 16:15 İki mağazadan oğurluq edən şəxs ələ keçdi 28 mart 2020, 16:09 Nazirlik yaşı 65-dən yuxarı 11 minədək tənhaya XİDMƏT EDİR 28 mart 2020, 16:02 “Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO 28 mart 2020, 15:55 “Azəriqaz” daha az işçilə maksimum işləyəcək   28 mart 2020, 15:47 Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı 28 mart 2020, 15:40 Prezident və birinci xanım “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDA 28 mart 2020, 15:33 TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA 28 mart 2020, 15:25 Belə karantin olmaz! - Biri başsağlığına gedir, o biri parkda gəzişir... 28 mart 2020, 15:18 İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA… 28 mart 2020, 15:11 DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi 28 mart 2020, 15:05 Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı 28 mart 2020, 14:59 Soydaşlarımızın məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı 28 mart 2020, 14:52 Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 28 mart 2020, 14:45 Koronavirusa görə 56 qrant layihəsinin təyinatı dəyişdirildi - AZƏRBAYCANDA 28 mart 2020, 14:39 Mehriban Əliyevadan koronavirusla mübarizədə ön cəbhədə olanlara TƏŞƏKKÜR 28 mart 2020, 14:32 Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı 28 mart 2020, 14:25 Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR   28 mart 2020, 14:19 “Azəriqaz” və “Təmiz Qaz” Fonda 20 min köçürdü 28 mart 2020, 14:12