Arxiv
21 Fevral 2020, 13:26 | QARABAĞ
100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX

Ermənilər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunduqdan sonra da ərazi iddiaları ilə Qarabağa hücumlara başlamışdı. Lakin həmin dövrdə, bütün çətinliklərə baxmayaraq  Azərbaycan hökuməti ermənilərin təcavüzkar hücumlarına hərbi-siyasi tədbirlərlə layiqincə cavab verib.

 

1920-ci ilin aprelində artıq bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunmuşdu və bununla da Azərbaycan Qarabağ üzərində suveren hüquqlarını tam şəkildə bərqərar etmişdi.

Bu il həmin tarixi hadisədən, Qarabağın erməni işğalından azad edilməsindən 100 il keçir.

Biz bu tarix haqqında nələri bilirik? Qələbənin bir əsrlik ildönümündə Qarabağın işğaldan azad olması üçün hansı addımları atmalıyıq?

 

1920-ci il uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur

 

Mövzu ilə bağlı Modern.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi alim Firdovsiyə Əhmədova bu hadisənin siyasi əhəmiyyətindən söz açıb:

 

“Tarixi hadisələrlə bağlı bütün vətəndaşların məlumatlı olması çox arzuediləndir. Azərbaycan tarixinin orta və ali məktəblərdə tədris olunmasına baxmayaraq, konkret faktlar var ki, onun əhəmiyyəti haqqında vətəndaşlar eyni səviyyədə bilgili olmur.

1920-ci ildə həyata keçirilmiş uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur. Həmin əməliyyatın bu gün də siyasi əhəmiyyəti var, aktuallığını saxlayan mövzudur. Ona görə ki məhz 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra ermənilər tərəfindən Azərbaycan Cümhuriyyətinin torpaqlarına da iddialar başlanmışdır.

Elə həmin dövrdə Ararat Respublikasının məhz əzəli Azərbaycan torpaqlarında yaradılmasına baxmayaraq, ermənilər artıq dövlət səviyyəsində Azərbaycan xalqına qarşı təcavüzkar siyasətini davam etdirirdilər, yeni ərazı iddiaları ilə çıxış edirdilər. 1920-ci ildə onların Qarabağla bağlı planlaşdırılmış xüsusi bir təcavüzkar əməliyyatı olmuşdu, geniş bir plan nəzərdə tutulmuşdu.

Qarabağın yuxarı, dağlıq hissəsində erməniləri ayağa qaldırmaqla yanaşı Ararat Respublikasından nizami qüvvlərin hərbi müdaxiləsi və Azərbaycanın digər ərazilərində, o cümlədən Gəncədə yaşayan erməniləri də ayağa qaldırmaqla Qarabağı işğal etmək üçün böyük bir plan hazırlanmışdı. Bu, həm də bolşevik hakimiyyəti, Sovet Rusiyası ilə razılaşdırılmış əməliyyat idi.

Sovet Rusiyası qüvvələrinin Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdığı bir dövrdə Bakı neftini ələ keçirmək baxımından onların məqsədyönlü fəaliyyəti ilə ermənilərin Qarabağda başlayacaqları qiyam əlaqəli şəkildə həyata keçirilməli idi. Azərbaycan dövləti qüvvələrini məhz Qarabağda qaldırılmış üsyanı yatırmağa cəlb etməyə məcbur oldu, yeni yaradılmış ordu bütünlüklə səfərbər olundu”.

 

 

KİV-lər diqqətdə saxlamalı, hərbi hissələrdə, məktəblərdə...

 

Firdovsiyə Əhmədova onu da qeyd edib ki, belə bir əhəmiyyətli tarixi hadisə diqqətdən kənar qalmamalıdır:

 

“Bu, elə bir dönəm idi ki, Azərbaycan ərazisində heç bir xarici qüvvə yox idi. Yəni, Azərbaycan hökuməti xarici hərbi qoşun olmadan, heç bir müttəfiqdən yardım almadan öz hərbi qüvvələrini səfərbər etməklə ermənilərin 1920-ci ildə Qarabağda qaldırdıqları o qiyamı yatırdı, onları Qarabağdan təmizlədi və Qarabağ üzərində Azərbaycan hakimiyyətini bərqərar etdi.

Bu əməliyyatın əhəmiyyəti ondadır ki, gənc formalaşmış Azərbaycan ordusu, Azərbaycan əsgər və zabiti təkbaşına uğurlu əməliyyat aparıb, düşmənləri ölkədən çıxarmağa nail oldu. Bu, bizim hərb tarixi baxımından şərəfli bir tarixdir .

Bu gün də həmin torpaqlar uğrunda müharibə gedir. Yenə də Ermənistan işğalçılıq siyasətini davam etdirir və bu tarixin 100 illiyini qeyd etməklə biz onlara bir daha göstəririk ki, heç bir xarici qüvvə dəstək vermədiyi təqdirdə belə Azərbaycan ordusu təkbaşına Azərbaycan torpaqlarını əsarətdən azad etməyə qadirdir.

Bu hadisənin baş verməsinin 100 illiyi ərəfəsindəyik. Hesab edirəm ki, bunu Kütləvi İnformasiya Vasitələri diqqətdə saxlamalıdır, hərbi hissələrimizdə, məktəblərimizdə bu hadisənin əhəmiyyəti haqqında bilgi verilməlidir”.

 

100 illiyə töhfə - Qarabağı azad edək!

 

Hərbi ekspert Üzeyir Cəfərov isə Qarabağın işğaldan azad olunmasının bu hadisənin 100 illiyinə töhfə olacağını düşünür:

 

“Bu məsələyə Azərbaycan nöqteyi nəzərdən yanaşsaq, Dağlıq Qarabağın işğaldan azad olunması bizim üçün ən böyük hədiyyə olar. Biz bunun üçün çalışmalıyıq. Beynəlxalq qurumlardan bu məsələni tələb etməli, bu məsələnin üstünə daha qətiyyətlə getməliyik.

Prinsipial nəticəyə nail olmaq üçün böyük güclərin dəstəyindən də bəhrələnməliyik. Onların bu işin tezliklə başa çatması üçün hərəkətə gəlmələrinə nail olmalıyıq. Prinsip etibarı ilə Azərbaycanın bu istəyi var. Elə bunu yaxın günlərdə Münhen təhlükəsizlik konfransında dövlət başçısı, Ali Baş Komandan kimi bir daha qeyd etdi. Amma Ermənistanın özünün və havadarlarının bu hərəkəti imkan vermir ki, Qarabağla bağlı lazım olan tədbirləri lazımi səviyyədə həyata keçirək”.

 

 

Üzeyir Cəfərov beynəlxalq aləmdə ədalətli qərarların qəbul olunması üçün daha çox çalışmağın vacibliyini vurğulayıb:

 

“Üzərimizə düşəni edirik. Məsələn, biz bir hərbçi kimi vaxtında Qarabağın ən ağır dönəmində iştirak etdik. Nəyi bacardıq, onu etdik. Bu gün də bizim davamçılarımız o işi həyata keçirir. Amma bütün məsələlər siyasi müstəviyə gəlib dirənib. Azərbaycan da hələlik ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələlərin həllini gözləyir. Amma bütövlükdə nə edə bilərik?

Prinsip etibarı ilə dünyada apardığımız işi bir qədər də günişləndirməliyik. Çox xoşagələn bir haldır ki, bizə dost, qardaş olan Ukrayna parlamenti bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı məsələni gündəminə çıxaracaq. Ukrayna kimi böyük bir dövlətin parlamentində bu məsələ müzakirə olunacaq. Çox istərdim ki, oradakı dostlarımız düzgün və ədalətli qərar qəbul etsinlər.

Biz 80-ci illərdə Qarabağ problemi ilə üzləşəndə bir sıra dövlətlər, o cümlədən dost Ukrayna da bu məsələyə o qədər də önəm vermirdi.

 

Amma özlərinin başına separatçılıq meyilləri ilə bağlı hadisə gələndən sonra bizi daha yaxşı anlamağa başladılar və bu istiqamətdə Azərbaycana böyük dəstək verdilər. Hesab edirəm ki, ən böyük tədbir o olar ki, Dağlıq Qarabağ məsələsinin həllinə nail olaq. Amma ermənilər çalışırlar ki, bu məsələni uzatsınlar. Onlar üçün məsələnin uzanması həm hakimiyyətlərinin ömrünün uzanması, həm də separatçılıq ideyasının davamçısı kimi vaxt udmaq deməkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış tam şəkildə dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02