Modern.az

DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI

DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI

21 Fevral 2020, 18:50

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, mürtaciət haqqında məlumatı MSK-nın üzvü Validə Kazımova məlumat verib. O qeyd edib ki, müraciət edən namizədlər Nəsrəddin Qənbərov və Qubadəli Rzayev bir çox məntəqədə qanun pozuntularının qeydə alındığını iddia ediblər.

 

MSK üzvü təklif edib ki, bir sıra seçki məntəqələrində seçicilərin iradəsinin əks olunmadığı barədə iddialar əsasını tapmayıb. MSK-nın ekspert qrupunun rəyi əsasında şikayət təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, adıçəkilən dairədən qalib namizəd Musa Qasımlıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır