Modern.az

Ərdoğanla Putin arasında qızğın müzakirə

Ərdoğanla Putin arasında qızğın müzakirə

21 Fevral 2020, 21:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Modern.az  Tükiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakrirə ediblər.

T.Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, İdlibdə vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir.

Türkiyə və Rusiya rəhbərləri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır