Modern.az

MSK Ləman Ələşrəfqızının şikayətini növbəti iclasa SAXLADI

MSK Ləman Ələşrəfqızının şikayətini növbəti iclasa SAXLADI

Aktual

22 Fevral 2020, 16:51

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında jurnalist Ləman Ələşrəfqızının müraciəti müzakirəyə çıxarılıb.

 


Modern.az xəbər verir ki, deputatlığa namizəd İsmayılova Ləman Ələşrəf qızının müraciəti haqqında MSK katibi Arifə Muxtarova məlumat verib.

 

MSK katibi bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qeydə alınmış namizəd dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.

 


A.Muxtarova jurnalistin əvvəlcədən etdiyi şikayətinin araşdırıldığını, əlavə təqdim etdiyi protokolların sonradan araşdırıla biləcəyini qeyd etdi.


MSK-nın ekspert qrupunun rəyi ilə Ləman Ələşrəfqızının müraciətinə baxılması sonrakı iclaslara saxlanıldı.

 


Qeyd edək ki, həmin dairədən lider namizəd Aqiyə Naxçıvanlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır