Modern.az

“Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq

“Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq

Qarabağ

23 Fevral 2020, 21:17

Ermənistan mediasında prezidentlərin Münhen debatından sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlı müzakirələr davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ekspert Suren Sarkisyan münaqişənin donmuş fazada qalmasını ölkəsi üçün ən ideal varinat sayır.

Belə ki, onun fikrincə, istənilən razılaşma zamanı Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının bir hissəsini qaytarmaq məcburiyyətində qalacaq.

“İstənilən sülh razılaşması Qarabağın ərazisinin bir hissəsinin itirilməsi deməkdir. Ona görə Qarabağ ətrafında status-kvonun saxlanılması mümkün olan ən ideal ssenaridir. Ona görə də danışıqlar prosesini bacardıqca uzatmaq lazımdır. Udduğumuz vaxtı isə ordunun silah təminatının artırılmasına və modernləşdirilməsinə sərf etmək olar”.

 

Suren Sarkisyan Münhen debatının tərəflərinin öz yanaşamlarında nə qədər fərqli və bir-birindən uzaq olduğunu nümayiş etdirdiklərini də əlaəv edib. Onun fikrincə, İlham Əliyev-Nikol Paşinyan debatı yalnız ictimai müzakirə baxımından maraqlı olub.

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır