Modern.az

Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi

Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi

Aktual

24 Fevral 2020, 21:11

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

Modern.az xəbər verir ki, muraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi təsdiqini tapıb.


MSK-nın ekspert qrupunun rəyi ilə 91 saylı Ucar Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.


Qeyd edək ki, bundan öncə bu dairənin 18 və 38 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir