Modern.az

Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

Ölkə

22 İyun 2026, 16:46

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi