Arxiv
26 Fevral 2020, 12:30 | ÖLKƏ
Azərbaycanda kabinetində həbs olunan MƏMURLAR

Xəbər verildiyi kimi, fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xidməti otağında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov,  Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

 

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

  

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

 

Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, İsmayıl Vəliyev vəzifəsindən azad olunana qədər 9 il Neftçalanın icra başçısı olub. 2005-2011-ci illərdə isə Qobustan Rayon İcra Hakimiyyətinə başçılıq edib. 

 

 

Qeyd edək ki, Azərbaycanda bundan öncə də vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti və ya ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən elə kabinetindəcə həbs olunmuş yüksək vəzifəli məmurlar olub.

 

Modern.az kreslosundan birbaşa həbsə yollanan həmin məmurları xatırladır:

 

Ötən il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

 

N.Quliyev müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

 

N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

 

Səbail rayon Məhkəməsinin qərarı ilə Nizaməddin Quliyev və Ramiz Tatarov barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

 

N.Quliyev Ağstafadan əvvəl Goranboy Rayon İcra Hakimiyyətinin başçısı (2009-2019) vəzifəsində çalışıb.

 

 

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən öz xidməti kabinetində həbs edilib. Keçmiş nazir Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.

 

2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi.

 

O, 2013-cü il oktyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

2005-ci ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən kabinetində həbs olunan digər vəzifəli şəxs isə səhiyyə naziri Əli İnsanov olub.

 

Hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən keçmiş səhiyyə nazirinin bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb.


Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Əli İnsanov 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28