Modern.az

Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO

Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO

Aktual

26 Fevral 2020, 17:45

Fevralın 26-da Salyan rayonunda faciənin iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, anım tədbirinin iştirakçıları “Şəhidlər” xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər.

 

Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

 

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində gənc rəssamların faciənin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.

 

Anım mərasimi Dövlət Kukla teatrında “Ana harayı” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər