Modern.az

Azad Rəhimovdan koronavirus açıqlaması: “Biz idmançılarımızı qorumalıyıq”

Azad Rəhimovdan koronavirus açıqlaması: “Biz idmançılarımızı qorumalıyıq”

Aktual

27 Fevral 2020, 12:35

“Hazırda koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”.

 

Modern.az-ın məlumatına görə,  bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

 

Nazir qeyd edib ki, hansı ölkələrdə təhlükə görürlərsə federasiyalarla birlikdə qərar qəbul edilir:

 

“Bu gün ölkələr bu məhdudiyyəti qoyur. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutda keçirilməli olan para-taekvondo üzrə Açıq Asiya Turniri keçirilməyəcək. Buna səbəb koronavirusdur.  Heyətdə 3 azərbaycanlı para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü