Modern.az

Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI

Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI

Dünya

27 Fevral 2020, 18:00

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şikayətin səbəbi “Nezavisimaya qazeta”da 1988-ci ildə Sumqayıt hadisələrinə həsr olunmuş məqalə olub.

Lev Əsgərovun yazdığı məqalədə Sumqayıtdakı iğtişaşların erməni kilsəsi tərəfindən təşkil olunması, hadisələrə dirijorluq etmələri vurğulanır. Faktla bağlı, səfir nəşrdən təkziblə çıxış etmələrini tələb etməyəcəklərini, Rusiya Prokurorluğuna müraciət edərək yazıda milli nifrət, ksenofobiya və dini dözümsüzlük yayıldığını iddia ediblər.   

 

“Biz təkzib tələb etməyəcəyik, çünki “Nezavisimaya qazeta”da çıxan yazının vəhşilik və cinayət cəzası olduğunu hesab edirik. İlk növbədə qəzet və nəşriyyat buna görə məsuliyyət daşıyır. Qəzetin KİV statusu var və hesab edirik ki, bu məqalədə qanunvericilyin bir sıra tələbləri pozulub. Buna görə Baş prokurora müraciət edərək milli, ksenofob və dini dözümsüzlük zəmnində iş açılmasını tələb edirik”.

 

Bundan əvvəl, Rusiya ermənilərinin ən çoxsaylı təşkilatı olan “Rusiya Erməniləri İttifaqı” hadisə ilə bağlı “Nezavisimaya qazeta”nı məhkəməyə vermişdi.

Xatırladaq ki, “Nezavisimaya qazeta”nın “Sumqayıt faciəsi: Hər şey nədən başladı və bu necə oldu” başlıqlı məqaləsində keçmiş Dövlət Təhlükəsizlik Komitəsi (KQB) məxfi sənədləri əsasında Sumqayıt hadisələrinin erməni millətçiləri tərəfindən planlı şəkildə törədildiyi  faktlarla vurğulanıb.

 

 

   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür