Modern.az

Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər

Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər

29 Fevral 2020, 00:16

Milli komandaların yoxlama oyunları ləğv edilə bilər.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, koronavirus üzündən qarşıdakı yoxlama oyunlarının ləğvi istisna deyil: "Mən heç nəyi istisna edə bilmərəm. İnsan sağlamlığı futbol matçından çox-çox qiymətlidir. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq, amma gündən-günə əksinə pisləşir. Əgər oyunu ləğv etmək və ya azarkeşsiz keçirmək zərurəti yaransa, biz bu addımı atacağıq".

Qeyd edək ki, milli komandaların yoxlama oyunları üçün növbəti pəncərə martın sonlarında olacaq. Həmin vaxt Maltada toplanışda olacaq Azərbaycan yığması Lixtenşteyn və meydan sahibləri ilə yoxlama görüşləri keçirməlidir. Matçların ləğvi Maltadakı görüşlərə də təsir edə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır