Arxiv
29 Fevral 2020, 12:59 | AKTUAL
Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

 

Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

 

Ümumilikdə, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq edilmiş cərimələr 137.290 manat təşkil edib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koromavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22 Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq 5 Aprel 2020, 14:14 Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb 5 Aprel 2020, 14:06 Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb 5 Aprel 2020, 14:05 Daha 2 ölkədə koronavirus aşkarlandı 5 Aprel 2020, 14:04 Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb 5 Aprel 2020, 14:02 Bu ölkədə bir gündə 6000-dən çox insan koronavirusa yoluxub 5 Aprel 2020, 13:58 Karantin rejimini pozan Lənkəran sakini həbs edilib 5 Aprel 2020, 13:44