Modern.az

AZƏRTAC – doğma agentlik - BÖYÜK MƏKTƏB və BÖYÜK İRS - 100 yaşın MÜBARƏK!

AZƏRTAC – doğma agentlik - BÖYÜK MƏKTƏB və BÖYÜK İRS - 100 yaşın MÜBARƏK!

Media

1 Mart 2020, 22:16

Hər bir  insanın həyatında, fəaliyyətində müəyyən dövrün, məkanın və kimlərinsə böyük rolu və təsiri olur. Mənim də həmçinin. Bir zamanlar jurnalistlik fəaliyyətimin bir neçə ili AZƏRTAC-la bağlı oldu və aradan 15 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu  kollektivdə qazandığım təcrübə və bacarıqlar, redaktorumun dəsti-xətti və öyrətdikləri , eyni zamanda kollektivdə sahibləndiyim insani kefiyyətlər həyatımın sonrakı dönəmlərində mənim  əlimdən  tutdu.. Sonralar anladım ki, bu qısa müddətdə əslində mən böyük bir həyat  və  iş məktəbi keçdim. Xatırlayıram ki, iştirak etdiyim tədbirlərdə AZƏRTAC informasiya agentliyinin müxbiri olduğumu biləndə xüsusi hörmətlə qarşılanır və informasiyanın ilkin olaraq buradan yayımlanmasını istəyirdilər. Bu gün də fəxr edirəm ki, bir zamanlar mən də indi 100 yaşı  olan  bu qocaman kollektivdə çalışmışam və onun yetirmələrindən olmuşam.

Martın 1-də ilk milli informasiya agentliyi, cumhuriyyət yadigarı olan AZƏRTAC-ın 100 yaşı tamam oldu. Bir əsr tarixin çətin sınaqlarından çıxaraq bu günümüzədək gələn, öz adını, nüfuzunu və milli dəyərlərə sadiqliyini qoruyan AZƏRTAC bir dövlət informasiya agentliyi kimi ölkəmizdə və dünyada baş vermiş hadisələrin ictimaiyyətə çatdırılmasında, beynəlxaql əhəmiyyətli tədbirlərin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin geniş əhatədə işıqlandırılmasında rolu danılmazdır. 100 illik bir şanlı yol qət etmiş milli informasiya agentliyimiz təkcə informasiya dünyasında deyil, ümumilikdə Azərbaycan jurnalistikası sahəsində böyük iz qoymuşdur. AZƏRTAC böyük bir məktəbdir, bir irsdir. Bir çox tanınmış jurnalistin, siyasi və ictimai xadimin fəaliyyətində bu məktəbin böyük rolu olmuş, hər kəs ondan bəhrələnmişdir. AZƏRTAC-ın "şinelindən çıxmış" hər jurnalist özündə bir vətənpərvərlik, dövlət və xalq qarşısında məsuliyyət hiss edib həmişə. Qürurverici haldır ki, ötən yüz il ərzində şərəfli inkişaf yolu keçən, milli jurnalistikamızın inkişafına ciddi töhfələr verən AZƏRTAC hazırda dünyanın 150 informasiya agentliyi ilə əməkdaşlıq edir və hər gün 8 dildə 700-ə yaxın informasiya, video və fotoxəbər hazırlayaraq yayır. Bir əsrdir ki, tariximizin şanlı salnaməsini yaradan və nəsildən-nəslə ötürən agentliyin artıq dünyanın müxtəlif ölkələrində 21 müxbir məntəqəsi fəaliyyət göstərir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın dünya xəbər yayımı sferasında öz yeri, öz dəsti-xətti var. AZƏRTAC-ın Azərbaycan mətbuatında, tariximizdə, jurnalistkamızın inkişafındakı rolunu sadalamağa ehtiyac yoxdur. Gərgin iş rejimində çalışmalarına baxmayaraq, agentliyin kollektivi bu məsuliyyətli və çətin işin öhdəsindən hər zaman layiqincə gəlib. Bu yubiley münasibəti ilə AZƏRTAC-ın rəhbərliyini, mənim üçün doğma olan kollektivi ürəkdən təbrik edir, şərəfli işlərində daim zirvələrdə olmalarını arzu edirəm. Azərbaycan dövləti var olduqca AZƏRTAC da var olacaq və neçə belə onilliklər, yüzlilliklər yola salacaq.

Dilrubə Sərdarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü