Modern.az

Neft bazarında belə çöküş ilk dəfə baş verir - Ekspert ŞƏRHİ

Neft bazarında belə çöküş ilk dəfə baş verir - Ekspert ŞƏRHİ

İqtisadiyyat

18 Mart 2020, 22:37

"Bu tarixlərin içərisində cəmi bir neçə gün ərzində qiymətin kəskin sıçrayışı yalnız 1973-cü ilin sonunda olmuşdu - o da qiymətin yüksəlməsi istiqamətində. Eniş xarakterli qiymət zəlzələrində 1 həftə ərzində belə çöküş ilk dəfə baş verir".

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev neftin qiymətində dəyişikliyi şərh edərkən bildirib.

 

R.Ağayev  neft birjası tarixndə qiymət zəlzələlərinin tarixi xronologiyasını açıqlayıb:

Dekabr 1973 - Yanvar 1974: 3 dollardan 13 dollara yüksəlir
Aprel 1979 - iyun1979: 21 dollardan 33 dollara yüksəlir
Noyabr 1985 - fevral 1986: 29 dollardan 16 dollara enir
İyul 1990 - Sentyabr 1990: 16 dollardan 32 dollara yüksəlir
Oktyabr 1997 - dekabr 1998: 20 dollardan 9 dollara enir
Dekabr 1998 - Avuqst 1999: 9 dollardan 20 dollara yüksəlir
Sentyabr 2001- Dekabr 2001: 26 dollardan 18 dollara enir
Fevral 2007 - Oktyabr 2007: 57 dollardan 84 dollara yüksəlir
Yanvar 2008 - İyul 2008: 90 dollardan 134 dollara yüksəlir
İyul 2008 - Oktyabr 2008: 134 dollardan 72 dollara enir
Oktyabr 2008 - Fevral 2009: 72 dollardan 41 dollara enir
Aprel 2009 - Noyabr 2009: 50 dollardan 78 dollara yüksəlir
İyun 2014 - Yanvar 2015: 108 dollardan 47 dollara enir
İyun 2015 - Yanvar 2016: 62 dollardan 30 dollara enir
Fevral 2020 - Mart 2020: 58 dollardan 25 dollara enir.


Bu amilin özü əvvəlki bazar böhranları ilə müqayisədə vəziyyətin daha kritik olduğunu göstərir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir