Arxiv
19 mart 2020, 10:24 | ÖLKƏ
Sovqatların göndərilməsi və məhkumlarla görüş məhdudlaşdırılıb - Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri, o cümlədən Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitariya vəziyyətinin öyrənilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə, 2 saylı İstintaq Təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə, habelə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə plandankənar başçəkmələr həyata keçirilib.

 

Ombudsman Aparatının Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı həmin müəssisələrin girişində daxil olan şəxslərin hərarətinin ölçülməsi üçün tibb işçisinin xidmət apardığı, həmçinin şəxslərin əllərinin xüsusi dezinfeksiyaedici məhlulla təmizlənməsinin təşkil edildiyi, məhkumların və saxlanılan şəxslərin gündəlik məlumatlandırıldığı, müayinələrin aparıldığı müşahidə olunub:

 

“Eyni zamanda Penitensiar Xidmətin təsdiq etdiyi müvafiq qaydalara əsasən, preventiv tədbirlər məqsədilə sovqatların göndərilməsi və kənar şəxslərin məhkumlar və saxlanılan şəxslərlə görüşlərinin məhdudlaşdırıldığı müəyyən edilib.

 

Həmin müəssisələrin rəhbərliyi və tibb personalı ilə söhbətlər aparılıb, onlara məhkumların və saxlanılan şəxslərin sağlamlıq hüququnun təmin edilməsinə yanaşmalar, habelə cəzaçəkmə müəssisələrinin ticarət köşklərində qida və gündəlik tələbat mallarının qiymətləri yoxlanılıb. Eyni zamanda MPQ-nin həkim üzvü tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri barədə ətraflı məlumat çatdırılıb. Ombudsmanın MPQ üzvləri tərəfindən müəssisələrdə sanitar-dezinfeksiya tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi, əməkdaşların qoruyucu maska və əlcəklərdən istifadə etmələrinə nəzarətin gücləndirilməsi, onların xidmətdən kənar vaxtlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrinin vacibliyi vurğulanıb”.

 

“Görüşlər zamanı müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb ki, ölkəmizdə Koronavirus (COVİD-19) infeksiyasının sürətlə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən müvafiq sosial izolyasiya tədbirlərinə uyğun olaraq Ombudsman Aparatında və regional mərkəzlərdə həyata keçirilən insanların canlı qəbulu müvəqqəti olaraq dayandırılıb. Qeyd olunanlar nəzərə alınaraq, adı çəkilən müəssisə rəhbərlərinə saxlanılan şəxslərin Müvəkkilə ünvanladıqları müraciətlərinin təxirə salınmadan poçt vasitəsilə göndərilməsi tövsiyə olunub.

 

Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlama şəraiti ilə bağlı məsələlər Ombudsman Səbinə Əliyevanın diqqət mərkəzindədir və monitorinqlər davam etdiriləcək”,- deyə rəsmi məlumatd bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF 12 Avqust 2020, 17:22 YAP İdarə Heyətinin iclası keçirilib 12 Avqust 2020, 17:16 İcra hakimiyəti iki iri marketi cərimələdi - FOTO 12 Avqust 2020, 17:10 Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var 12 Avqust 2020, 17:05 Azərbaycanda daha bir sığorta şirkəti əmlakını satışa çıxardı 12 Avqust 2020, 17:00 Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:55 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Goranboyda karantin reydləri keçirilir 12 Avqust 2020, 15:00 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30