Modern.az

“Facebook” rəsmən düşmən elan edildi

“Facebook” rəsmən düşmən elan edildi

19 Aprel 2012, 12:22


Qonşu İran İslam Respublikasının rəhbərləri qeyri-standart qərarları ilə dünyanı təəccübləndirməkdə davam edirlər. Məlum olduğu kimi İran rəhbərliyi bir sıra beynəlxalq internet resurslarına, o cümlədən sosial şəbəkələrə çıxışı qadağan edib.  Bunların içərisində Tehran hakimiyyətinin ən çox qəzəbinə gələn isə “Facebook” sosial şəbəkəsidir.

“Facebook”dan qorxu bu günlərdə özünü bariz şəkildə ortaya qoyub. Türkiyədə yaşayan güneyli soydaşlarımızın Modern.az saytına verdikləri məlumata görə, bu günlərdə Tehranda dövlət rəhbərlərinin də iştirakı ilə keçirilən hərbi paradda “facebook” əleyhinə böyük lövhənin nümayişi olub.
Avtomobil üzərinə bərkidilmiş və üzərində farsca “Yumşaq savaşın amili - facebook” yazılmış lövhəni kiber-polislər nümayiş etdirib. Hakimiyyət bu şəbəkələri özünə təhlükə hesab etdiyi üçün onlara qarşı əks-təbliğat aparır. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub