Modern.az

Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT

Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT

Ölkə

22 Mart 2020, 13:54

Parlament Jurnalistləri Birliyi (PJB) koronavirusla bağlı ölkə jurnalistlərinə müraciət ünvanlayıb.

 

Modern.az müraciəti olduğu kimi təqdim edir:

 

Dəyərli həmkarlar, hazırda koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir, insanlar bundan haqlı olaraq ciddi şəkildə narahatdır.

 

Mütəxəssislərin rəyinə görə, koronavirusdan daha çox onun xofu, psixoloji sarsıntısı ciddi fəsadlara yol açır. Belə arzuolunmaz durumun yaranmasında sosial şəbəklər, dəqiqləşdirilməmiş məlumatlar mənfi mənada böyük rol oynayır. Təəssüflə qeyd edilməlidir ki, bəzən jurnalistlər bilməyərəkdən sosial şəbəkələrə istinadən, dəqiqləşdirilməmiş məlumatları çalışdıqları media qurumlarında dərc edirlər.

Biz jurnalistlər yaranmış çətin dövrdə insanları informasiya ilə təmin etməliyik. Onlara məsələnin ciddiliyini, qaydalara əməl etməyin alternativi olmadığını çatdırmalıyıq. Ancaq ən vacib vəzifəmiz insanlarda inamı artırmaq, onları koronavirusa qalib gələcəklərinə inandırmaqdır.

Hazırki həssas məqamda jurnalistləri peşə-davranış qaydalarına riayət edərək koronavirusa qarşı mübarizədə fəal iştirak etməyə, daha çox əhalinin özünüqoruma qaydaları, ev şəraitində uşaqların və yaşlıların məşğuliyyəti ilə bağlı maarifləndirici yazılara üstünlük verməyə dəvət edirik.

PJB olaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edərək bildiririk ki, həm media, həm də sosial şəbəkələrdə monitorinqlərin keçirilməsinə, media sahəsində yaranacaq hər hansı xoşagəlməz məqamların aradan qaldırılması üçün hər cür dəstəyə hazırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi