Arxiv
26 mart 2020, 18:03 | HADİSƏ
Azərbaycanda 200 məhbus azadlığa BURAXILDI - RƏSMİ  

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

"Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

 

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.

 

Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

 

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə rəsmi məlumatda bildirilib.

 

T.İSMAYIL

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27 "Zirə"dən əzmkar qələbə 26 Sentyabr 2020, 22:13 İstanbulda meşə yanğını 26 Sentyabr 2020, 21:58 Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:39 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00 Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi 26 Sentyabr 2020, 15:52 Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 26 Sentyabr 2020, 15:45 DTX əməliyyat keçirdi - həbs olunanlar var - VİDEO 26 Sentyabr 2020, 15:38