Modern.az

İtaliya Çini geridə qoydu, koronavirusdan 919 nəfər öldü

İtaliya Çini geridə qoydu, koronavirusdan 919 nəfər öldü

28 Mart 2020, 03:55

İtaliyada ötən gün 5,909 şəxsdə koronavirus (COVİD-19) infeksiyası aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 86,498 nəfərə çatıb. Ötən gün İtaliyada virusdan ölənlərin sayı rekord həddə çatıb  - 919 nəfər. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 9134-ə yüksəlib.

 

Qeyd edək ki, COVİD-19 virusuna yoluxanların sayına görə İtaliya Çini geridə qoyub.

 

Xatırladaq ki, dünya üzrə koronavirusa yoluxanların sayına görə birinci yerdə ABŞ (102,167), ikinci İtaliya (86,498), üçüncü Çin (81,340), dördüncü İspaniya (65,719), beşinci isə Almaniyadır (50,871). Sonrakı yerlərdə Fransa, İran, Böyük Biritaniya, İsveçrə, Cənubi Koreya, Niderland, Avstriya, Belçika və Türkiyə gəlir.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır