Arxiv
28 mart 2020, 20:23 | ÖLKƏ
 “Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham Əliyev

"Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır: "Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.

Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samir Şərifov Hesablama Palatasının rəyi ilə RAZILAŞMADI 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Yazıçı Həmzəli İlyas dünyasını dəyişdi 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftəsonu gücləndirilmiş rejimdə işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45