Modern.az

Hacıqabulda yeni dezinfeksiya işləri - FOTO

Hacıqabulda yeni dezinfeksiya işləri - FOTO

Aktual

29 Mart 2020, 12:25

Hacıqabul rayonunda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə maarifləndirci və profilaktik söhbətlər aparılır və dezinfeksiya işləri davam etdirilir.

 

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə mobil qruplar təşkil edilmişdir. Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. 65 yaşdan yuxarı sakinlərin isə evdən çıxmalarının qadağan edilməsi nəzərlərinə çatdırılıb. Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılır.

 

Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir