Arxiv
30 mart 2020, 13:17 | AKTUAL
Prokurorların hüquqları artırılır

Prokurorların hüquqları artırılıb.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. İnzibati Xətalar Məcəlləsində bu halların pozulmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələbləri aşağıdakı kimidir:

 

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir. 

 

- Dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə dövlət orqanları və ailə kəndli təsərrüfatının üzvlərinə dair məşğul şəxslərə dair məlumatların yerli özünüidarəetmə orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.

 

- Muzdla işləyənlər, sahibkarlar, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 ay müddətində daxil edilir. Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov Leriklilərə müraciət etdi 4 İyun 2020, 16:22 Eks-prezident məcburi ifadə verməli olacaq 4 İyun 2020, 16:20 İtaliya da Avropa İttifaqından çıxa bilər 4 İyun 2020, 16:15 Abituriyentlər üçün teledərslərə start veriləcək - Təhsil Nazirliyi 4 İyun 2020, 16:10 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edənlərin NƏZƏRİNƏ! 4 İyun 2020, 16:05 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib 4 İyun 2020, 16:00 Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə 4 İyun 2020, 15:54 Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi 4 İyun 2020, 15:48 Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ 4 İyun 2020, 15:45 “Neftçi” və “Qarabağ”ın oyunları keçirilməyəcək 4 İyun 2020, 15:40 Avtobuslarda kondisionerlərin işə salınmasına göstəriş verildi 4 İyun 2020, 15:35 Deputat Asim Mollazadə əhaliyə müraciət etdi 4 İyun 2020, 15:31 Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO 4 İyun 2020, 15:25 Prezident bu şəxsləri MÜKAFATLANDIRDI 4 İyun 2020, 15:22 Bakı Dairəvi-1 avtomobil yolunda DƏYİŞİKLİK 4 İyun 2020, 15:18 İcra başçısı Gəncədə abadlıq işlərinin gedişatı ilə tanış oldu - FOTO 4 İyun 2020, 15:12 İlham Əliyev məktəb tikintisinə 2 milyon ayırdı 4 İyun 2020, 15:06 Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM... 4 İyun 2020, 15:00 Prezident yol tikintisinə 5 milyon ayırdı 4 İyun 2020, 14:55 Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR 4 İyun 2020, 14:52 “Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 4 İyun 2020, 14:50 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başladı 4 İyun 2020, 14:47 Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ 4 İyun 2020, 14:45 Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU 4 İyun 2020, 14:40 Şənbə-bazar evdən yalnız BU İCAZƏ ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:37 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:32 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54