Modern.az

“BakuBus” sürücü axtarır - 800 manat maaş

“BakuBus” sürücü axtarır - 800 manat maaş

31 Mart 2020, 18:13

Bakı Nəqliyyat Agentliyi (BNA) “BakuBus” MMC-də sürücü vəzifəsinə işə qəbulu elan edir.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər:

“Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar”.

 

Şəxslər aşağıdakı əsaslarla işə qəbyl olunacaq:

Ø Əmək müqaviləsi əsasında işə qəbul

 Ø 2 növbəli, 8 saatlıq iş rejimi

Ø Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat, xətt dispetçerləri 815 manat)

Ø Gələcək pensiya təminatı

Ø Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

Ø İl ərzində əmək məzuniyyətindən istifadə olunması

Ø Sanatoriyalara göndərişlərin verilməsi

Ø Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

Ø Xüsusi geyim forması ilə təminat QEYD: “BakuBus” MMC-də çalışan sürücü və xətt dispetçerləri qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi