Modern.az

Fransada 52 128 koronavirus xəstəsi var

Fransada 52 128 koronavirus xəstəsi var

31 Mart 2020, 22:32

Son bir sutkada Fransada daha 7.5 min nəfər koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 52 128 nəfərə çatıb.

 

Fransanın Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib ki, hazırda koronavirus diaqnozu ilə 22 757 nəfər xəstəxanaya yerləşdirilib. Bu axşam 5 565 ağır xəstə reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyaya yerləşdirilənlərdən 34%-nin yaşı 60-dan azdır, 60%-i isə yaşı 60-dan 80-ə qədər olanlardır:

"Hazırda xəstəxanaların bu şöbələrində 30 yaşdan aşağı 68 nəfər müalicə edilir.

Martın 1-dən xəstəxanalarda 3 523 nəfər ölüb. Həmin tarixdən 9 044 xəstə sağalaraq xəstəxanaları tərk edib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi