Modern.az

Koronavirusdan ölənlərin sayı 42 min oldu  - SON STATİSTİKA

Koronavirusdan ölənlərin sayı 42 min oldu  - SON STATİSTİKA

Dünya

1 Aprel 2020, 01:44

Dünyada yeni növ koronavirus (COVİD-19) qurbanlarının sayı hər ötən saat artmaqdadır.

 

Modern.az xəbər verir ki, bu saata olan son məlumata görə, infeksiyadan ölənlərin sayı 42 minə çatıb.

 

Ötən sutka ən çox ölüm İtaliya (837), İspaniya (748), ABŞ (632), Fransa 499, Böyük Britaniya (381), Belçika (192), Niderland (175), İran (141) və Almaniyada (129) qeydə alınıb. 

 

Məlumata görə, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8464), ABŞ (3773), Fransa (3523), Çin (3305), İran (2898), Böyük Britaniya (1789) və Niderlandda (1039) qeydə alınıb.

Dünya üzrə 853,864 nəfərdə COVİD-19 tapılıb. Onlardan 176906 nəfəri sağalıb.

 

Qeyd edək ki, infeksiya indiyədək 202 ölkə və regionda aşkarlanıb.

 

T.İSMAYIL

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür