Arxiv
2 Aprel 2020, 21:24 | ÖLKƏ
Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır

Vətəndaşların yaşayış yerini tərk etmələrinə icazə verilən halların detalları məlum olub. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerlərindən çıxa bilərlər.

 

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

 

1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

 

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

 

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

 

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

 

Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

 

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

 

Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

 

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

 

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

 

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

 

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

 

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

 

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

 

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17