Modern.az

Fransada virusdan rekord sayda ÖLÜM

Fransada virusdan rekord sayda ÖLÜM

Dünya

3 Aprel 2020, 02:19

Aprelin 2-də Fransada yeni növ koronavirus (COVİD-19) infeksiyasından ölənlərin sayı ötən günə nisbətən 2 dəfədən çox artıb.

 

Modern.az xəbər verir ki, ötən gün ölkədə rekord sayda - 1355 ölüm faktı qeydə alınıb. Bir gün əvvəl isə bu rəqəm 509 idi.

 

Bununla da Fransada pandemiya qurbanlarının sayı 5387-yə çatıb. 

Fransa koronavirusdan ölüm sayına görə İtaliya, İspaniya və ABŞ-dan sonra dördüncü yerdə qərarlaşıb.

 

Ölkədə bu günədək 59,105 yoluxma qeydə alınıb.

 

Qeyd edək ki, dünya ölkələri üzrə koronavirusdan bir gündə ən çox ölüm hadisəsi ötən gün ABŞ-da (1049) baş vermişdi. 

 

T.İSMAYIL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır