Arxiv
5 Aprel 2020, 10:00 | PARLAMENT
“Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI

Mart ayında məhkəmələrdə növbətçi hakimlər tərəfindən məhkumların işlərinə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bununla bərabər İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə məhbusların azadlığa buraxılması xahişi ilə Prezident Administrasiyasına müraciət edilib.

 

Dünya ölkələrində də pandemiya ilə bağlı amnistiya məsələsi daha çox gündəmdədir. Amnistiyanın daha artıq məhbusu əhatə etməsini nəzərə alınaraq, Azərbaycanda da bunun tətbiq olunması barədə fikirlər səsləndirilir.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva millət vəkili olarkən, bir neçə dəfə amnistiya təklifi irəli sürüb və reallaşıb. Deputatın sözlərinə görə, amnistiyalar hər dəfə təxminən 10 min nəfərə yaxın məhbusu əhatə edirdi:

 

“Bu şərti cəzalar idi və müəyyən kateqoriya məhbuslara aid edilirdi. Bundan əlavə Prezident İlham Əliyev də dəfələrlə əfv fərmanları imzalayıb. Əfv zamanı ilə hər dəfə yüzlərlə insan azadlığına qovuşub. İndi koronavirusa görə bir qrup məhbus azadlığa buraxıldı. Lakin yalnız məhkəmə qaydası ilə bu, təsdiq edildi. Ədliyyə Nazirliyinin təqdimatları əsasında məhkəmələr həmin şəxslərin cəzalarının şərti hissəsini götürdülər və ya yüngülləşdirdilər. Həqiqətən, respublika üzrə amnistiya elan etməyin mümkün olduğunu düşünürəm. Bu barədə ombudsman da, qanunvericilik təşəbbüsü olan digər strukturlar da təklif irəli sürə bilərlər”.

 

 

T.Kərimli hesab edir ki, amnistiya nəticəsində minlərlə məhbusun azadlığa çıxması cəmiyyət tərəfindən də çox müsbət qarşılana bilər:

 

“Amnistiya qərarı bir çox problemlərin, o cümlədən siyasi məsələlərin də həllinə kömək edə bilər. Açığını qeyd edim, bəzən görürük ki, daha ağır formada qeyri-cinayət törədənlər azadlıqdadır, amma cəmiyyət üçün nisbətən az təhlükəli şəxslər diqqətdən qaçıblar. Qadınlar, yeniyetmələr və s. insanlar var ki, azadlığa çıxması uyğun ola bilər. Amnistiyanı Milli Məclis qəbul edir  və daha kütləvi insanları əhatə edir. Ona görə, biz deputatlar da bəzən aramızda bu barədə söhbətlər aparırıq. Hesab edirəm ki, amnistiya haqqında təklif irəli sürülə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Bu şəxslər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri olacaq - SİYAHI 2 İyun 2020, 21:35 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10