Modern.az

Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı

Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı

İqtisadiyyat

5 Aprel 2020, 09:13

Hazırda neft qiyməti Səudiyyə Ərəbistanı, İraq, İran və Nigeriya kimi iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün daha böyük risk yaradır.

 

Modern.az xəbər verir ki, bu barədə "Fitç" beynəlxalq reytinq agentliyi hesabat yayıb.

 

Məlumata görə, iqtisadiyyatı neft hasilatı və ixracından asılı olan ölkələrin çoxu Yaxın Şərqdə yerləşir və bu ölkələrin büdcələrini balanslaşdırmaq üçün yüksək neft qiymətlərinə ehtiyacı var.

 

Araşdırmaya görə, büdcəni tarazlaşdırmaq üçün "Brent" markalı neftin bir barrelinin Nigeriyanın 144 dollar, Bəhreynin 96 dollar, Səudiyyənin 91 dollara, Omanın 82 dollara, Qətərin 55 dollara qalxmasına ehtiyacı var.

 

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, Əlcəzair üçün bu rəqəm 109 dollar, Anqola üçün 55 dollar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün 70 dollar, Venesuela və Liviya üçün 100 dollar, İraq üçün 60, İran üçün isə 195 dollardır.

 

Rusiya, Meksika və Qazaxıstan kimi ölkələrin də büdcəni balanslaşdırmaq üçün neftin orta qiymətinə müvafiq olaraq 42, 49 dollar və 58 dollar səviyyəsində olmasına ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı