Modern.az

Fransada alış-veriş üçün bayıra çıxanlar bıçaqlandı

Fransada alış-veriş üçün bayıra çıxanlar bıçaqlandı

5 Aprel 2020, 11:24

Fransanın cənubunda yerləşən Lion şəhərinin cənubunda bir kişi alış-veriş etmək üçün bayıra çıxan sakinlərə bıçaqla hücum edib. Nəticədə iki nəfər ölüb, bir neçə insan yaralanıb.

 

Modern.az "Associated Press"ə istinadla bildirir ki, hücum yerli vaxtla səhər saat 11:00-da Romans-sur-İsere şəhərində baş verib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Prokurorlar onun kimliyini müəyyən etməyib. Onlar onun sənədlərinin olmadığını, lakin əslən Sudandan olduğu və 1987-ci ildə dünyaya gəldiyini bildirib. Prokurorlar Fransa mediasında yaralıların sayının daha çox olduğuna və onlardan üçünün vəziyyətinin kritik olduğuna dair məlumatları təsdiqləməyib.

 

Prokurorluq hücumun terror məqsədi daşıyıb-daşımadığını araşdırır.

 

Lion şəhəri Fransanın geri qalan hissəsi kimi koronavirus səbəbilə karantin altındadır. Hücum qurbanları həftəsonu alış-verişi üçün evdən bayıra çıxmışdılar. Ölkə boyu insanlara aralarında iki metrlik məsafə qorumalarına dair göstəriş verilib.

 

 

Onu da əlavə edək ki, Fransada son aylarda bir neçə bıçaqlı hücum baş verib. Fransa polisi yanvar ayında Metz şəhərində əlində bıçaq olan və “Allahu əkbər” qışqıran bir kişini güllə ilə vurub yaralamışdı.

 

İki gün öncə isə Parisdə bir başqa kişi bir nəfəri bıçaqla öldürüb, iki nəfəri yaralamışdı. Daha sonra polis onu güllələyərək öldürmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir