Modern.az

Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb

Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb

Aktual

5 Aprel 2020, 14:06

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.

 

Modern.az-ın məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV