Modern.az

Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN

Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN

5 Aprel 2020, 17:47

Çin epidemiyanın ikinci dalğasını elan edərək, yenidən sərhədləri bağlayıb. Yerli hökumət Xenyan Çzya əyalətinin rayonlarını total karantinə alıb. Orda yarım milyon insanın yaşadığı bildirilir.

 

Modern.az Sfera.az-a istinadən bildirir ki, Çin virusun yayılmasının dayandığını bəyan edərək, karantini qaldırsa da, yenidən yoluxma aşkarlanıb.

 

Regionda bu dəfə heç bir simptomu olmayan virus daşıyıcıları peyda olub. Onların bir çoxunun xəstəliyi birinci dəfə keçirib sağaldığı güman edilir.

 

Dünəndən etibarən rəsmi Pekin insanlara simptomsuz COVID 2019 barədə xəbərdarlıq edir. Bir sutkada 35 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI