Arxiv
7 Aprel 2020, 13:27 | DÜNYA
Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR

Ermənistanda aprelin 7-nə olan rəsmi məlumata görə 853 nəfərdə koronavirusa yoluxam faktı təsdiqlənib.

 

Modern.az Ermənistan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu müddətdə ölkədə 8 xəstə ölüb, 87 nəfər isə sağalaraq evə buraxılıb.

 

 

Ölkənin koronavirusla mübarizəyə hazırlıq və hazırkı mübarizə metodları ölkə müxalifəti tərəfindən ciddi tənqid olunur. Belə ki, ölkədə ilk koronavirusa yoluxa  faktının təsdiq olunduğu martın 1-i tarixindən Nikol Paşinyan hökuməti virusun cənginə aldığı ölkələrlə sərhədləri və hava əlaqəsini kəsməyə ləngiyib. İranla sərhədlər hələ fevralın 23-də bağlansa da, virus məhz bu ölkədən qayıdan 29 yaşlı Ermənistan vətəndaşına ilk olaraq tapılıb.

 

 

Həmin vaxt artıq Avropada virusun mərkəzinə çevrilən İtaliya ilə hava sərhədləri bağlanmadığı üçün virus bu ölkədən daha sürətlə Ermənistana daxil olub. Martın 11-i və martın 14-də İtaliyadan qayıdan 5 Ermənistan vətəndaşında COVİD-19 tapılır. Yalnız martın 17-də bu ölkə ilə hava əlaqələri kəsilir amma gecikmə yoluxma hallarının ölkə daxilində sürətlə yayılmasına səbəb olur. Martın 16-dan elan olunan fövqəladə vəziyyət, küçəyə xüsusi icazə ilə çıxma qadağasının tətbiqi, sərhədlərin bağlanması, metronun fəaliyyətini dayandırması və s. gecikmiş addımlar ölkəni koronavirusun genişmiqyaslı yayılma sürətindən xilas etmir. Xüsusən, ermənilərin ənənəvi qadağalara əməl etməməsi, kollektiv intizamsızlığı da situasiyanın nəzarətdən çxımasına səbəb olub.

 

Belə ki, rəsmi statistika xəstəliklə bağlı real situasiyanı əhatə etmir. Virusa yoluxma və ölüm hallarına görə Cənubi Qafqazda lider sayılan Ermənistan bununla belə, gündəlik virusa yoluxma hallarını aşkarlamaq üçün ən az test edən ölkə sayılır. Rəsmi məlumatlara görə, ölkədə ilk koronavirusa yoluxma halının təsdiqləndiyi martın 1-dən bəri sutkada 200-400 test keçirilib. Aprelin 7-nə qədər Ermənistanda cəmi 4201 koronavirus testi həyata keçirilib. Bu qədər az test keçirilməsinə rəğmən, koronavirusa yoluxma hallarının 853 nəfərdə təsdiq olunması, 2,9 milyonluq Ermənistanda vəziyyətin kritik olduğunu, real sayın dəfələrlə çox olacağını xəbər verir.

 

 

Koronavirusun ölkənin bütün sahələrinə. Xidmət sektoruna, dövlət aparatına, səhiyyə sisteminə, orduya və s. nüfuz etməsi azsaylı müxalif mətbuatın yazılarından üzə çıxır. Rəsmi məlumatlar hərbi hissələrdən birində 6 hərbi qulluqçunun, Yerevanın “Vardaşen” təcridxanasında 5 əməkdaşında, 11 Fövqəladə Hallar Nazirliyinin işçisində, 20 tibb bacısı və təcili yardım maşının sürücüsündə və s. aşkar olunub. COVİD-19 Yerevanla yanaşı, Aştarak, Masis, Eçmiədzin, Gmürü, Exeqanadzor, Qavar, Maralik və Taşir şəhərlərində də tapılıb.

 

Epidemioloji vəziyyətin kəskinliyinə baxmayaraq, ölkədə koronavirus testlərinin sayı və karantində saxlanıların sayı azlıq təşkil edir. Ölkə rəhbərliyi gerçək vəziyyəti dünya ictimaiyyətindən gizlətməyə çalışır.

 

Koronavirus Ermənistan iqtisadi və siyasi həyatına da ağır zərbə vurur.ş Belə ki, Beynəlxalq Valyuta Fondu 2020-ci ildə Ermənistanın iqtisadi arrım tempini 5,5% səviyyəsində proqnoz etsə də, hazırda bu proqnoz korrektə edilərək 0,7%-ə qədər endirilib. Yaxın aylarda epidemioloji vəziyyət düzəlməzsə, rəsmi Yerevanı ciddi iqtisadi böhran və müflis olma təhlükəsi gözləyir. Nikol Paşinyan hökumətinin epidemioloji vəziyyətlə bağlı real mənzərəni dünyadan gizlətmək səyləri bu iqtisadi və siyasi şokun daha da dərin effekt verəcəyinin carçısıdır.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59 İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib 1 İyun 2020, 17:55 Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - Rəsmi CAVAB 1 İyun 2020, 17:52 Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı 1 İyun 2020, 17:47  Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi 1 İyun 2020, 17:41 Sağlamlığı haqqında yalan deyən abituriyentlərin nəticələri ləğv olunacaq 1 İyun 2020, 17:38 Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO 1 İyun 2020, 17:32 Təhsil Nazirliyinin qarşısında aksiya keçirən 7 nəfər SAXLANILDI 1 İyun 2020, 17:30 “Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır” - Qənirə Paşayeva 1 İyun 2020, 17:28 Nazirlər Kabinetində dörd yeni TƏYİNAT 1 İyun 2020, 17:25 Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlandı 1 İyun 2020, 17:21 Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu” 1 İyun 2020, 17:17 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 1 İyun 2020, 17:13