Arxiv
16 Aprel 2020, 10:40 | ÖLKƏ
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?

“Əgər ölkədə fövqəladə vəziyyət yaranarsa, quraqlıq və su problemi ilə bağlı əlavə qanun layihəsinin hazırlanmasına ehtiyac yarana bilər”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev kənd yerlərində quraqlıq problemindən danışarkən deyib.

 

“Bu gün fövqəladə hal yoxdursa, müəyyən qaydada su təminatının ödənilməsi təmin olunursa, belə bir qanun layihəsinə ehtiyac yoxdur” - deyə komitə sədri əlavə edib.

 

Tahir Rzayev ölkə rəhbərinin daimi olaraq əhalinin suya olan tələbatı ilə bağlı çox ciddi tapşırıqlar verdiyini də söyləyib:

“Bu məsələlər diqqət mərkəzindədir. Rayonlarda su problemi var və bu sahədə çox ciddi tədbirlər görülür. Minlərlə subartezian quyularının qazılması ilə bağlı ölkə başçısının sərəncamları var. Təmsil olunduğum Ağcabədi rayonunda 30, Oğuz rayonunda 10 subartezian quyusunun yenidən qazılması ilə bağlı dövlət başçısı sərəncam verib. Cənab prezident bununla əlaqədar çox ciddi tədbirlər görüb. Yeni su anbarlarının yaranması, yeni su hövzələrinin tapılması  ilə bağlı müəyyən sərəncamlar, təkliflər mövcuddur. Bu sahədə ölkə başçısının çox ciddi tapşırıqları var”.

 

 

Komitə sədri quraqlıq problemindən də söz açıb:

 

“Bunlar quraqlıqdan yaranan problemlərdir. Yağışlı günlər az olur və əvvəlki kimi qar yağmır. Ona görə də torpağın səthində su azalıb. Torpağın səthində su azalması məhsuldarlığa çox pis təsir edir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar bol və keyfiyyətli məhsul götürə bilmir. Bu da ciddi problemlərə yol açır”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsindəki yekun nitqində Azərbaycanda quraqlıq probleminə toxunub.

 

"Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir", - deyə Prezident bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57