Modern.az

Mehriban Əliyeva Gürcüstana minnətdarlıq etdi

Mehriban Əliyeva Gürcüstana minnətdarlıq etdi

17 Aprel 2020, 00:27

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.

Modern.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir