Arxiv
25 Aprel 2020, 11:46 | MEDİA
Koronavirus və dünya mediası: 15 ölkənin jurnalistləri videokonfrans keçirdi 

Beynəlxalq jurnalist təşkilatı olan Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türkiyə, Azərbaycan, Amerika, Rusiya, Almaniya, İngiltərə, Belçika, Kipr Türk Cümhuriyyəti, İran, Yunanıstan, Bolqarıstan və digər ölkələrdəki təmsilçilərinin iştirakı ilə onlayn konfrans keçirib. Konfrans GJC-nin xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının təşəbbüsü ilə baş tutub.

                     

Modern.az xəbər verir ki, konfransda təşkilat üzvləri pandemiyanın yaşadıqları ölkələrin müxtəlif sektorlarına, xüsusilə də mediaya təsirini müzakirə ediblər.

 

Video konfrans GJC sədri Mehmet Ali Dim və qurumun xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının moderatorluğu ilə təşkil olunub.

 

Mehmet Ali Dim öncə Türkiyədəki son durum barədə qısa məlumat verib. O, koronavirus dövründə Türkiyədə medianın, xüsusilə də bölgə mediasının gerilədiyini söyləyib. 

 

Elşad Eyvazlı da Azərbaycanda medianın eyni durumda olduğunu, qəzetlərin sıradan çıxdığını, əvəzində saytların oxunma sayının artdığını, ancaq pandemiyaya qarşı mübarizədə ölkəsinin digər ölkələrlə müqayisədə daha ciddi tədbirlər gördüyünü və daha az az itki verdiyini dilə gətirib.

 

ABŞ-dan dünyaca tanınmış savaş jurnalisti İrfan Sapmaz savaşdan doyduğu üçün Amerikaya gəldiyini, ancaq burada yeni savaşla, koronavirusla mübarizə aparmalı olduğunu söyləyib:

 

“Təəssüflər olsun ki, gündəlik olaraq ABŞ-da virusa yoluxanların sayı kəskin şəkildə artır. ABŞ saatı ilə Tramp hər gün 17:00-18:00 arası mətbuat qarşısına keçib ölkədə görülən işlər barədə danışır. Amma Trampın tərəfdarı olan respublikaçılar belə karantin rejiminin ləğv olunmasını istəyir. Ölkə iqtisadiyyatı ciddi ziyana uğrayıb. Təkcə 8 milyon nəfər birdəfəlik ödəmə almaq üçün işsiz kimi qeydiyyata alınıb. Tramp seçkilər qabağı bacardığı qədər büdcəni dirçəltməyə çalışır. Mediaya gəldikdə CNN kimi nəhəng media qurumunun əməkdaşlarından bir neçəsi virusa yoluxub və ev şəraitində karantindədir. Elə media qurumu var ki, koronavirusa qədər 1500 işçisi var idi, indi orada 15-20 nəfər çalışır”.

  

Rusiya təmsilçisi Yekaterina Gündüz deyir ki, yaşadığı ölkədə insanlar virusa çox da önəm vermir:

 

“Rusiyada insanlar koronavirusa bir o qədər əhəmiyyət vermirlər. Əksinə, onlar düşünür ki, sərhədlər açılsaydı Türkiyəyə dincəlməyə gedərdilər. Yəni insanlar istirahət üçün darıxıb və sərhədlərin bağlı olmasının dərdini çəkirlər”.

 

Təşkilatın Bolqarıstan təmsilçisi Nahide Yumer bildirib ki, ölkədə  insanlara ərzaq yardımları ayrılıb və bütün paketlər dezinfeksiya olaraq ehtiyacı olan insanlara paylanılır:

 

“Bunu ona görə diqqətə çatdırıram ki, iki həftə bundan əvvəl kilsədə bayram mərasimi təşkil edən bolqarlar indi yardım paketlərinə belə diqqət edir. Ölkədə virusun qısa zaman ərzində yayılmasına səbəb karantin qaydalarının ciddi tətbiq edilməməsi oldu. İndi virusa yoluxanların sayı 1000-i keçir, ölənlərin sayı isə 50 nəfərdir. Düzdür, bu rəqəmlər az görünə bilər, amma Bolqarıstanın cəmi 5 milyon əhalisi var və bu rəqəmlər ölkə üçün əslində çox təhlükəlidir. Mediamızın da durumu bərbaddır”.

  

Kipr təmsilçisi Sefa Karanasan ölkədə yoluxma sayı haqda məlumat verib:

 

“Şimali Kiprdə görülən tədbirlər nəticəsində virusa yoluxanların sayı kəskin şəkildə azalıb. Mayın 4-dən sonra bəzi iş yerlərinin açılması müzakirə olunur. Bizdə ciddi problem siyasi məsələlərlə bağlıdır. Yunanıstan tərəfdən buraya cəmi 40 min dəyərində yardım göndərilib. Bunu az qala bayram kimi təqdim etmək istəyənlər var. Ancaq Türkiyədən hər gün təyyarələrlə yardımlar gəlir. Bunu görməzliyə vururlar. Mediamızın durumuna gəldikdə isə, bütün dünyada yaşananları biz də dadırıq”. 

 

Qurumun sədr müavini Kahraman Halısçelik  karantin rejiminin sosial medianı önə çəkməsindən danışıb:

 

“Türkiyədə durum hamımıza məlumdur. Karntin rejimi artıq yavaş-yavaş yumşalmağa başlayır. Mətbuata da karantin dönəmində xeyli ziyan dəyib. Amma sədrimiz Dim sağolsun ki, yerli medianı səfərbər etməyi bacardı. Ümid edirəm ki, qarşıdakı dönəmdə bəzi sıxıntılar həll olacaq və media lazımi dəstəyi alacaq. Evdə qalaraq biz əslində sosial medianın nə qədər önəmli olduğunu anladıq. Ev şəraitində dövlət başçılarının belə onlayn qaydada konfrans etməsi artıq sosial medianın nə dərəcədə lazımlı və əhəmiyyətli olduğunu göstərir”.

 

İran təmsilçisi Yaqub Aslani hazırda Tehranda maska qıtlığı olduğunu və spirt tapılmadığını bildirib:

 

“Hazırda İranda insanları ən çox düşündürən əsas məsələlərdən biri virusa yoluxan və ölən insanların sayıdır. Çünki ancaq rəsmi mənbədən məlumat verilir ki, bu da bizə inandırıcı gəlmir. Düzdür, indi virusa yoluxanların gündəlik sayı artıq azalmağa başlayıb amma onu da deyim ki, edilən test sayı da çox aşağıdır. Belə ki, ölkədə 1750000 test edilib amma virus xəstələrinin sayı 340000 civarındadır. Bundan başqa artıq  Ramazan ayı başlayıb və həyat daha yavaş axarda davam edəcək. İnsanlar maska tapmaqda çətinlik çəkir. Spirt isə demək olar ki, tapılmır. Ancaq tanış vasistəsi ilə burda spirt tapmaq mümkündür. Medianın durumu isə daha çətindir”. 

 

Belçika təmsilçisi Yeliz Hacıosmanoğlu artıq vəziyyətin düzəlməyə doğru getdiyini deyir:

 

“Belçikada vəziyyət artıq düzəlməyə doğru gedir. Qocalar evində ölən insanların sayı da virusdan ölənlərin siyahısan daxil edildiyi üçün bəzən virusdan itki çox görünür. Amma deyim ki, artıq karantin rejimi yumşalır və alış-veriş mərkəzləri açılır, məktəblər isə cümə günü verilən qərar əsasında açılacaq. Bizdə media dövlətdən yardım istəyir”.

 

Təşkilatın qurucu üzvü Aynur Tattersal deyib ki, insanlarda fərdi inkişaf müşahidə edir:

 

“Hazırda insanlarda fərdi inkişafla bağlı bir çox məsələləri izləyirəm. Elə düşünürük ki, hər şey dəyişəcək və fərqli qaydada olacaq. Amma fərqində deyilik, artıq bu proses olub və hər şey tamamilə dəyişib. Hamımız iqtisadi durumdan, itkilərdən danışırıq. Amma mən bu itkilər əvəzinə bir şey söyləmək istəyirəm. Media nümayəndəsi kimi həmişə insanların dərdini dilə gətiririk. Amma dönüb özümüzə baxaq ki, əslində həyatımızda hansı dəyişikliklər oldu. Bir az bu məsələyə diqqət yetirsək, bizə də bir mesajın olduğunu anlayarıq. Hazırladığımız xəbərlərlə anlaya bilərik ki, əslində bundan əvvəl necə jurnalist idik, indi necə jurnalistik. Müsbətə doğru xeyli işlər olacağı qaçılmazdır”. 

 

Təşkilatın Almaniya, İngiltərə və digər ölkələrindən olan təmsilçiləri qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər. 

Qərara alınıb ki, koronavirus dövrü bitənə qədər videokonfranslar davam etdirilsin, “Koronavirus və dünya mediası” mövzusunda hesabat hazırlansın.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23 Bu gün növbəti qəbul imtahanı KEÇİRİLƏCƏK 14 Avqust 2020, 00:09 TAP layihəsinin 97 faizi tamamlanıb 13 Avqust 2020, 23:57 Şəmkir sakini bıçaqlandı 13 Avqust 2020, 23:42 Rusiyanın Avropaya qaz ixracı xeyli azalıb 13 Avqust 2020, 23:24 "Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"da 13 Avqust 2020, 23:10 Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb 13 Avqust 2020, 22:54 Yardımlıda avtomobil qəzası 104 abonenti qazsız qoydu 13 Avqust 2020, 22:41 Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər 13 Avqust 2020, 22:28 “Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır” - Təhsil naziri 13 Avqust 2020, 22:14 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 13 Avqust 2020, 21:58 "Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib 13 Avqust 2020, 21:43 Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb 13 Avqust 2020, 21:27 Belarusa kömək təklif edildi 13 Avqust 2020, 21:13 “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar  13 Avqust 2020, 20:58 “100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi 13 Avqust 2020, 20:41 “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - İlham Əliyev 13 Avqust 2020, 20:26 Məhbuslarla görüş və sovqatların verilməsi bərpa olundu 13 Avqust 2020, 20:19 Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək 13 Avqust 2020, 20:02 İqtisadiyyat Nazirliyi 65 obyektdə qayda pozuntusu aşkarladı 13 Avqust 2020, 19:56 Millimizin baş məşqçisi "Neftçi"nin məşqini izləyib 13 Avqust 2020, 19:47 Qarabağın bəlalı salnaməsinin baş yazarı əbədiyyətə qovuşdu 13 Avqust 2020, 19:38 Universitetlər oktyabrın 1-dən sonra açılacaq - Türkiyədə 13 Avqust 2020, 19:29 Salyan və Ağstafada “Ford” yandı 13 Avqust 2020, 19:20 Peşə təhsil müəssisələrini bitirənlərin sayı AÇIQLANDI 13 Avqust 2020, 19:11 Dövlət Agentliyi daha 76 obyektdə kobud pozuntular AŞKARLADI   13 Avqust 2020, 19:02 Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - FOTO 13 Avqust 2020, 18:53 Bu gün keçirilən qəbul imtahanının düzgün CAVABLARI 13 Avqust 2020, 18:44 Teledərslər yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ   13 Avqust 2020, 18:35 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE 13 Avqust 2020, 18:26 Ölkəyə gətirilən yeni taksilər istifadəyə verildi - FOTO 13 Avqust 2020, 18:17 Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü 13 Avqust 2020, 18:08