Modern.az

Bacısının şəxsiyyət vəsiqəsilə 190 manat almaq istəyən şəxs tapıldı - FOTO

Bacısının şəxsiyyət vəsiqəsilə 190 manat almaq istəyən şəxs tapıldı - FOTO

8 May 2020, 19:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov müraciət etməməsinə rəğmən, 190 manatlıq birdəfəlik ödəmə alması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

 

Modern.az xəbər verir ki,  araşdırma zamanı sosial şəbəkədə müraciət etmədən 190 manat təyin olunduğunu yazan Elnarə Məmmədovanın adını öz bacısı Almaz Məmmədovanın qeydiyyatdan keçirdiyi məlum olub.

 

Nazirlik rəsmisi qeyd edib ki, A.Məmmədova bacısının şəxsiyyət vəsiqəsinin məlumatı əsasında müraciət edib və sistemə də onun əlaqə nömrəsini yazıb:

 

"Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib. Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir. Elnarə Məmmədovanın bu məsələni öz bacısı ilə aydınlaşdırmaq əvəzinə, əsassız ittihamla post paylaşmasını mühüm bir sosial dəstək tədbiri olan birdəfəlik ödəmə prosesi ilə bağlı mənfi rəy yaratmağa yönələn, məsuliyyətsiz davranış kimi qiymətləndiririk".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı