Arxiv
12 May 2020, 14:06 | MƏDƏNİYYƏT
Əməkdar artist və ailəsi koronavirusa yoluxubmuş...

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxub. Həm də ailəlikcə. Aktrisa sağalsa da, hələ karantindədir.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib. Deyib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb:

 

“Necə hallara düşdüksə, Rafiqi unutduq, qaldıq öz hayımıza. Onsuz da yas vermək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik. Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız müxtəlif klinikalarda koronavirusdan müalicəyə yatırıldıq”.

 

Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Şəfəq xanım Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb. Bu günlərdə isə qızı evə buraxılacaq. İki həftə də evdə karantində olmalıdırlar.

 

Aktrisa xəstəlik barədə bunları deyib:

 

“Çoxu bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım, ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən nəfəs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar. Harada, necə yoluxduq, bilmirəm, biz karantində idik evdə, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sağ olsun hökumətimiz, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, maariflənsin bu xəstəliklə bağlı, özlərini, əzizlərini qorusunlar. Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum. Karantin bitən kimi çıxıb efirlərə bu barədə danışacam ki, heç kim mən yaşayanı yaşamasın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada bir gündə koronavirusdan 700-ə yaxın ölüm 29 Noyabr 2020, 01:04 Ağdamdakı dağıntılar nüvə silahından da pisdir - Prezidentin köməkçisi 29 Noyabr 2020, 00:55 “7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı 29 Noyabr 2020, 00:42 Üç azərbaycanlıya Avropa Voleybol Konfederasiyasında vəzifə verildi - FOTO 29 Noyabr 2020, 00:27 “Qarabağ” öz doğma şəhərinə qayıtdı 29 Noyabr 2020, 00:13 Xırdalanda PARTLAYIŞFOTO 29 Noyabr 2020, 00:00 Türkiyədə koronavirusla bağlı vəziyyət 28 Noyabr 2020, 23:51 Dəm qazı Şirvanda can aldı 28 Noyabr 2020, 23:37 Fransada onlarla polis yaralandı 28 Noyabr 2020, 23:25 “Mançester Siti”dən darmadağın 28 Noyabr 2020, 23:13 “İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama 28 Noyabr 2020, 22:57 “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” - Hikmət Hacıyev 28 Noyabr 2020, 22:42 Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı 28 Noyabr 2020, 22:28 Həsən Həsənovun qardaşı vəfat etdi 28 Noyabr 2020, 22:12 “Associated Press”dən Gəncə reportajı - VİDEO 28 Noyabr 2020, 22:05 Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə qəbul edildi 28 Noyabr 2020, 21:54 Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...” 28 Noyabr 2020, 21:40 Adını doğruldan qəhrəman şəhid 28 Noyabr 2020, 21:29 BDU-dan qovulan tələbə üzr istədi - VİDEO 28 Noyabr 2020, 21:17 Füzulidə “Toyota” 2 ədəd tank əleyhinə minaya düşüb - RƏSMİ - FOTO 28 Noyabr 2020, 21:03 Millimiz Avropa çempionatında bürünc medal qazandı 28 Noyabr 2020, 21:00 Şirvanda piyadanı maşın vurdu 28 Noyabr 2020, 20:51 “Atatürkün Naxçıvana verdiyi əhəmiyyət illər sonra səmərəsini verdi” - Spiker 28 Noyabr 2020, 20:39 “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - “France-24” Ağdam haqqında 28 Noyabr 2020, 20:26 “Liverpul” səfərdə xal itirdi 28 Noyabr 2020, 20:15 Xaçmazda ev yandı 28 Noyabr 2020, 20:02 Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 28 Noyabr 2020, 19:55 Biləsuvarda maşın su kanalına düşdü 28 Noyabr 2020, 19:53 Füzulidə minaya düşərək həlak olanlardan biri baş redaktordur 28 Noyabr 2020, 19:48 Minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayıblar 28 Noyabr 2020, 19:41 Hamını qorudu, amma özünü qoruya bilmədi 28 Noyabr 2020, 19:25 Kəlbəcərin Vəng kəndindən yeni görüntülər - Video 28 Noyabr 2020, 19:19 Tanınmış vəkil vəfat etdi 28 Noyabr 2020, 19:03 Şəhidimizin xanımından qələbə kompozisiyası: "Yenilməzsən, Azərbaycan!" -VİDEO 28 Noyabr 2020, 18:46 Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?