Arxiv
16 May 2020, 17:49 | TƏHSİL
Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix ötən gün Prezident İlham Əliyevlə müzakirələr zamanı "Ağıllı məktəblər" layihəsinin tətbiqindən və bunun ölkəmiz üçün açdığı imkanlardan danışıb.

Q.Ditrix bu üsulla ölkəmizdə təhsilin səviyyəsini daha da qaldıra biləcəyimizi qeyd edib.

 

Maraqlıdır "Ağıllı məktəb" dedikdə nə nəzərdə tutulur? Hazırda bu cür məktəblərin formalaşması üçün bizdə şərait varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi "Ağıllı məktəblər" layihəsinin tələbələr və şagirdlər arasında kollektiv işləmə bacarığını formalaşdıracağını bildirib:

 

"Əslində bu sistemin tətbiqi mütərəqqi addım olacaq. İnformasiya texnologiyalarının sürətli inkişafı dövründə təhsil sahəsi üzrə də inqilablar lazımdır. "Ağıllı məktəblər" təlimdə İT texnologiyalarının istifadəsini yaxşılaşdırmaq, tələbələrin yaradıcılığını dəstəkləmək və rəqəmsal fərqi azaltmaq üçün daha asan təlim mühitlərinə çıxışı təmin etməkdir. Bunun üçün ağllı qurğulardan istifadə əsasdır. Bu qurğulardan istifadə məzmun həllərini daha da tezləşdirir. Bilirsiniz ki, bizim planşet və kompüterlərimiz real vaxtda paylaşmaq və izləmək, açıq ünsiyyət qurmaq və öyrənmək mühitini həyata keçirməyə imkan verir. Həmçinin bu ağıllı qurğularla komanda fəaliyyətləri, qrup tapşırıqları və qrup müzakirələri mümkündür. Bu isə istər şagirdlər, istər tələbələr, istərsə də müəllimlər arasında komanda halında bir ruh yaratmağa kömək edir".

 

Təhsil eksperti "ağıllı məktəb" məzunlarının ölkəmizdə 15-20 il sonra görə biləcəyimizi qeyd edib:

 

""Ağıllı məktəblər"də müasir texnologiyalardan istifadə ilə (ağıllı telefonlar, planşetlər, kompüterlər, ağıllı lövhələr və s.) müəllimlər tez-tez şagirdlərin mühazirələri dərk etmə səviyyəsini, test və viktorinalarda çıxışlarını ölçürlər. Müəllimlər ayrıca ehtiyac olduqda fərdi öyrənmə imkanları da təmin edirlər. Tələbələrə gəlincə isə onlar hər bir kurs üçün tədris planlarını, dərslikləri və müxtəlif materialları (sənədlər, fotoşəkillər, səslər, səs yazmaları, videolar, tətbiqetmələr və URL-lər) yükləyə bilər, nəticədə öyrənmə səmərəliliyinin yüksəlməsinə kömək edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə "Ağıllı məktəblər"in yaradılması mümkündür. Bunun üçün sadəcə olaraq müasir texnoloji avadanlıqların, ağıllı qurğuların tətbiq və istifadəsi lazımdır. Sistem yaradıldığı halda əminliklə demək olar ki, bu sistem gələcək nəsillərin daha çox informasiyalaşmasını və texnologiyalardan çevik istifadəsini təmin edəcək. "Ağıllı məktəblər"in ağıllı, intellektli məzunlarını 15-20 il sonra görə biləcəyik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44