Modern.az

Qarabağda 4 yeni koronavirusa yoluxma halları AŞKARLANIB

Qarabağda 4 yeni koronavirusa yoluxma halları AŞKARLANIB

22 May 2020, 09:57

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a yeni yolxuma halları aşkar olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 4 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların hamısı Kəlbəcər rayonu ərazisində məskunlaşmış ermənilərdir.

 

Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 33 nəfərə çatıb. Onlardan yalnız 8-i sağalıb. Hazırda Laçın, Kəlbəcər və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi